Rasim Ocaqovun 92 illiyi münasibətilə “Sənətkar ömrü xatirələrdə” kitabının təqdimatı keçirilib

Özel Haber Serdar Şengül Bakü

Rasim Ocaqovun 92 illiyi münasibətilə “Sənətkar ömrü xatirələrdə” kitabının təqdimatı keçirilib

‎Noyabrın 22-də Şəkidə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 92-ci ildönümü münasibətilə “Sənətkar ömrü xatirələrdə” adlı kitabın təqdimat mərasimi təşkil olunub.

 

‎Təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, idarənin struktur bölmə rəhbərləri, sənətkarın ailə üzvləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adını daşıyan Şəki şəhəri Uşaq-gənclər inkişaf mərkəzi ilə tanış olublar. İlk olaraq mərkəzin dərnək üzvlərinin və müəllimlərin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

 

‎Tədbirdə çıxış edənlər Rasim Ocaqovun Azərbaycan kino sənətinə verdiyi misilsiz töhfələrdən, onun peşəkarlığından və yaratdığı ekran əsərlərinin bu gün də yüksək dəyərləndirilməsindən danışıblar.

‎Sonda mərkəzin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

‎Qeyd edək ki, hazırda Rasim Ocaqovun adını daşıyan Şəki uşaq-gənclər inkişaf ərkəzində 71 qrup fəaliyyət göstərir. Bu qruplarda ümumilikdə 1031 şagird bədii qiraət,rəsm incəsənət, yaradıclıq, informasiya texnologiyaları və digər sahələr üzrə dərnəklərdə asudə vaxtlarını səmərli keçirir, onların məşğələləri ilə 44 dərnək rəhbəri məşğul olur.

İlgili Haberler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu